İlham Əliyev Roma Papasına məktub yazdı

İlham Əliyev Roma Papasına məktub yazdı

“Səmimi dialoqumuzu bundan sonra da davam etdirəcəyik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-müqəddəsləri,

Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zəngin tolerantlıq ənənələri olan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin bugünkü səviyyəsi xüsusi məmnunluq doğurur.

Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və möhkəmləndirilməsi yolunda fəal əməkdaşlığımızın bariz nümunəsidir.

Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar diləyirəm”.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR