İlham Əliyev Mavritaniya və Albaniya dövlət başçılarını təbrik edib

İlham Əliyev Mavritaniya və Albaniya dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.

Aktual.az bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram".
XXX
Azərbaycan Prezidenti Albaniya Prezidenti İlir Metaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR