İlham Əliyev Ərdoğanla görüşəcək - Bu gün

İlham Əliyev Ərdoğanla görüşəcək   - Bu gün

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.

Xatırladaq ki, martın 15-də Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Sammitə dəvət edib.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR