İlham Əliyev deputatlarımızın İrəvana səfərindən danışdı

İlham Əliyev deputatlarımızın İrəvana səfərindən danışdı

"Lap elə bu günlərdə, hətta ola bilər elə bu gün Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, - mən bilmirəm Ermənistanda necə adlandırılır, - bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq. Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı".

Aktual.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, indi buna sosial şəbəkələrdə baxmaq olar, iğtişaşlar səngimir:

" Mənə bu gün məlumat verdilər ki, etirazçılardan on nəfəri saxlanılıb, onlar bizim deputatlarımız üçün sadəcə, təhlükə doğurur. Bundan başqa, bu iclasın iştirakçıları üçün naharın nəzərdə tutulduğu yerdə, - orada isə təbii ki, təkcə bizim vətəndaşlar deyil, həm Avropa Parlamentinin üzvləri, həm Şərq Tərəfdaşlığı ölkələrindən üzvlər var, - restoranın sahibləri azərbaycanlılara xidmət göstərməkdən imtina ediblər. Onlar Ermənistanın baş nazirini bunda ittiham edirlər ki, guya o, azərbaycanlılar Yerevana gedəcək deyən Əliyevin fikri ilə oturub-durur. Bəli, mən bunu demişəm. Onu da demişəm ki, tanklarda yox, tədbirlərə gedəcəyik. Bu, ona görədir ki, onlar özləri razılaşdırılmadan, bütün təhlükəsizlik tədbirləri olmadan getsəydilər, onların üzərində hansı Linç mühakiməsinin qurulacağını və bütün bunların nə ilə qurtaracağını təsəvvür etmək çətin deyil".

"Mən əminəm ki, ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər. Buna görə biz də tədbirlər görürük. Bu mövzu, yeri gəlmişkən, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Viktoroviç Lavrovun səfərləri zamanı müzakirə edilib. Mən o vaxt izah etməyə çalışdım ki, biz hər hansı ekssess baş verməsinə yol verə bilmərik və onda bizi də ittiham edəcəklər ki, kimsə kiməsə hücum edib, daş atıb, buna görə də biz məsuliyyətli yanaşmalıyıq. Əgər bunların hamısı təşkil edilib və razılaşdırılıbsa, onda buyurun, heç bir məhdudiyyət yoxdur. Üstəlik, Mehribanın dediyi tamamilə doğrudur, müharibənin yaraları sağalmayıb. Əgər bu yaralar bizdə 30 il ərzində sağalmayıbsa, təbii ki, ikinci müharibədə məğlubiyyətdən sonra erməni xalqının da yaraları indi sağalmayıb. Bunu da başa düşmək lazımdır. Biz axı, hansısa vakuumda yaşamırıq, biz insanlar arasında yaşayırıq və buna məsuliyyətlə yanaşmalıyıq. Yeri gəlmişkən, bizim, o cümlədən mənim atdığım addımlar, erməni rəhbərliyindən fərqli olaraq, barışmalı olduğumuzu bəyan etməyimiz belə məsələlərin yaranmamasına, bunun adi hala çevrilməməsinə yönəlib. Yəqin ki, İkinci Dünya müharibəsi qurtarandan sonrakı ilk ildə də almanlar və SSRİ vətəndaşları bir-birinə qonaq getməyiblər. Onda da yəqin ki, müəyyən vaxt lazım olub. Təsəvvür edin, deyək ki, Ukraynanın və ya Belarusun, yaxud Smolenskin işğalı dövründə Moskvaya almanlar gəlsəydilər, onlara nə edərdilər? Yəni, bu analogiya, necə deyərlər, tam adekvatdır. Bu sözləri mövzuya qayıdaraq deyirəm" - Prezident əlavə edib.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR