İlham Əliyev: "Azərbaycan və Xorvatiya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir"

İlham Əliyev:


Oktyabrın 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bu ilin əvvəlində Londonda keçirilən "Suriyaya və regiona dəstək" konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlatdı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu dedi.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğuladı. Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdi.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Aktual.az
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR