Prezident İlham Əliyevin bu gün əfv fərmanı imzalayıb. Qaynar.info xəbər verir ki, cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında əcnəbilər də var.
Belə ki, əfv olunan 137 nəfərdən 13-ü xarici ölkə vətəndaşlarıdır. Bu siyahıda İranın 5, Gürcüstanın 2, İsrail, Ukrayna, Əfqanıstan, Özbəkistan, Rusiya və Türkiyənin 1 vətəndaşı yer alıb.
Baqaturi Zurab Rajdenoviç, 1959-cu ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Ağdaş rayon məhkəməsinin 2015-ci il 1 may tarixli hökmü ilə məhkum edilmişdir.
Bassin Vladislav Mixayloviç, 1964-cü ildə anadan olmuş, İsrail Dövlətinin vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Bibin Sergey Nikitoviç, 1962-ci ildə anadan olmuş, Ukrayna vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.
Əlizehi Bəşir Seid, 1988-ci ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 12 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Faridjafarnezhad Alireza Hossein, 1981-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 21 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
Joudi Heragh Alireza Yaghoub, 1977-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2013-cü il 4 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
Khodjayeva Mastura Urakovna, 1968-ci ildə anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 13 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Qaşimova Zuxra Kamalovna, 1967-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Xaçmaz rayon məhkəməsinin 2014-cü il 29 may tarixli hökmü ilə məhkum edilmişdir.
Mofatesh Janali Hossein, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2013-cü il 2 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Rouzdar Omıd Ghorban, 1981-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 31 mart tarixli hökmü ilə məhkum edilmişdir.
Shojae Ahmad Nasrolah, 1968-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 2 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Takidze Roland Pridonoviç, 1961-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Qazax rayon məhkəməsinin 2014-cü il 22 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Yaman Gökhan İsmail oğlu, 1984-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Yardımlı rayon məhkəməsinin 2015-ci il 21 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
Xəbər 495 dəfə oxunub.