İkiqat Avropa çempionu Renad Əliyevin məhkəməsi başladı

İkiqat Avropa çempionu Renad Əliyevin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 28-nə təyin edilib.
Qeyd edək ki, Renad Əliyev karatenin şotokan və vade-ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.
Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb. (apa)
 
Aktual.az
Xəbər 911 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR