İkinci intihar - Özünü yandıran qadından XƏBƏR VAR

İkinci intihar - Özünü yandıran qadından XƏBƏR VAR

Qubada özünü yandıran qadınla bağlı bəzi təfərrüatlar məlum olub.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, intihara cəhd edən 1967-ci il təvəllüdlü Rəsmiyyə Ramiz qızı Məhərrəmova nevroz xəstəliyindən əziyyət çəkirmiş. Qadın bir neçə il əvvəl də Qubada yaşadığı evdə intihara cəhd edibmiş. O zaman qohumları hadisədən tez xəbər tutduğundan onun həyatını xilas edə biliblər. Bu dəfə isə o, üzərinə benzin tökərək özünə od vurub.

Hazırda R.Məhərrəmova ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Qadının bədən səthinin 60 faizi yanıb. Ona 3 b IV dərəcəli yanıq diaqnozu qoyulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR