İki növbəli təhsil - Bu valideynlərin etirazına səbəb olur - VİDEO

İki növbəli təhsil - Bu valideynlərin etirazına səbəb olur   - VİDEO

Bəzi məktəblərdə hətta birinci siniflər ikinci növbəyə keçirilir. Bu isə valideynlərin etirazına səbəb olur. Təhsil Nazirliyindən isə bildirirlər ki, şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir. Mütəxəssislər isə bildirir ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. "XəzərXəbər" problemdən çıxış yolunu araşdırıb.

Aktual.az  xezerxeber.com-a istinadən bildirir ki, şagird sayının çoxalması bir sıra məktəblərin rəhbərliyini məcbur edir ki, dərslərin bir qismi ikinci növbədə keçilsin. Bu vəziyyət daha çox Bakıda əhalinin sıx məskunlaşdığı yerlərdə müşahidə olunur. Hətta iş o yerə çatıb ki, birinci sinif, eləcə də digər aşağı siniflərdə təhsil alan şagirdlərin ikinci növbədə təhsil almasına qərar verilib.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirir ki, hansı sinifdə təhsil alanların ikinci növbəyə keçirilməsi üçün xüsusi qaydalar yoxdur. Bunu məktəblərin özləri şagird kontingentini qiymətləndirərək müəyyən edir.

Valideynlərin əksəriyyəti işə səhər tezdən gedir və buna görə də övladlarının səhər növbəsində təhsil almasını istəyirlər. Buna görə şagirdlərin səhər növbəsinə yazılması zamanı neqativ halların baş verməsi qaçılmaz olur. Təhsil Nazirliyi isə belə halla qarşılaşanları dərhal məlumat verməyə çağırır.

Təhsil ekspertləri də birinci növbədə təhsil almağın şagirdlərin dərsi qavraması baxımından önəmli olduğuna diqqət çəkirlər.Buna görə mütəxəssislərin tövsiyyəsi bundan ibarətdir ki, ikinci növbədə təhsil alanların növbəti dönəmdə birinci növbə ilə əvəzlənməsi təhsilin keyfiyyətini artırmış olar.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR