İki ayda 24 nəfəri ilan sancıb

İki ayda 24 nəfəri ilan sancıb

“İlan, əqrəb və qara qurd (hörümcək növü) sancmaları ilə bağlı müraciətlər il ərzində qeydə alınır. Aprel və may aylarında 24 nəfər ilan sancması ilə bağlı müraciət edib. Onlardan 13 nəfəri qəbul olunub”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, ilan sancmaları ilə bağlı qəbul edilən xəstələrdən 4-ü ağır olub. “2 nəfər əqrəb, 2 nəfər isə qara qurd sancmaları ilə bağlı müraciət edib. Onlara lazımi tibbi yardım göstərildikdn sonra ev buraxılıb”.

Şöbə müdiri qeyd edib ki, ilan sancmaları ilə bağlı müraciətlər ən çox Bakı ətrafı qəsəbə və kəndlərdən, xüsusilə daş karxanalarında işləyən fəhlələrdən olur.

“Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, cənub rayonları, Aran rayonları, Bərdə, Yevlaxdan ilan sancmaları ilə bağlı müraciətlər də daxil olur”

Toksikologiya şöbəsinin həkimi Gülnarə Babayeva isə bildirib ki, bu ilin əvvəlindən 1 saylı Klinik Tibbi Mərkəzinin böyüklər üzrə yoluxucu xəstəliklər şöbəsinə 64 nəfər müraciət edib. Onlardan 30-35 nəfəri yüngül xarakterli olduğundan 24 saat ərzində müvafiq xidmət göstərilərək evə buraxılıb”.

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR