İdxal və ixracda tütün və tütün məmulatlarının balansı bərabərləşib

İdxal və ixracda tütün və tütün məmulatlarının balansı bərabərləşib

 Bu ilin yanvar-iyul aylarında Azərbaycana 73 296,43 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 14 664 min dollar və yaxud 16,67% azdır.
Bu ilin ilk yeddi ayında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,27%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 6 403,25 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 968,02 min dollar və yaxud 13,13% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 1,27%-nə bərabər olub.
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR