İdmançımız Avropa çempionu oldu

İdmançımız Avropa çempionu oldu
  • İDMAN

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub.
 
Aktual.az xəbər verir ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının "Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib.
 
Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb.
 
Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.


Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR