İdarə rəisinin asılmış meyiti tapıldı - Azərbaycanda

İdarə rəisinin asılmış meyiti tapıldı - Azərbaycanda

Saatlı Su Kanal idarəsi rəisinin meyiti tapılıb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, idarənin rəisi Üzeyir Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Bildirilir ki, dünən saat 21 radələrindən sonra Ü. Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, bu gün səhər asılmış vəziyyətdə tapılıb.

Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər. Bundan başqa, meyit tapılandan sonra polisin hadisə yerimə gec gəlməsi də mərhumun yaxınlarının narazılığına səbəb olub.
 
Aktual.az
Xəbər 3097 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR