İctimai davranış qaydalarını pozanlar cərimələnsin - TƏKLİF

İctimai davranış qaydalarını pozanlar cərimələnsin   - TƏKLİF

Ailə Hüquq Mərkəzi İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova maraqlı təkliflə çıxış edib. O, ictimai davranış qaydalarını pozanların cərimələnməsini təklif edib. G.Səfərova bu barədə öz facebook səhifəsində status yazıb. Aktual.az həmin statusu təqdim edir:

"Paytaxtda olanda və ya regionlara səfər zamanı diqqətimi çəkən əsas məsələlərdən biri ətrafın zibillə çirkləndirilməsi, ictimai yerlərin bərbad vəziyyətdə olmasıdır. İçki şüşələrini, siqaret kötüyünü və qutusunu, salafan klyokları maşından bayıra atanları hər gün görürük. Buna reaksiya vermək onları əməllərindən çəkindirməlidi. Amma ictimai qınaq heç də təsirli olmur, əksinə "sənə nə?" sualını yaradır.

Fikrimcə, belə hərəkətlərin qarşısının alınması üçün mütləq yüksək məbləğdə cərimə tətbiq olunmalıdır. Məsələn, qonşu Gürcüstana qatarla gedənlər yaxşı bilir, sərhəddə bir saqqızı yerə atmağın cəriməsi 80 laridir. Bizdə də cərimə tətbiq olunsa, heç kim ətrafı zibilləndirməyi ağlına belə gətirməz. Təcrübə göstərir ki, cərimə tətbiqi hər kəsi həmin hərəkətdən çəkindirir. Bir zamanlar içkili maşın idarə edənlər yüksək məbləğdə cəriməni canlarında hiss etdikdən sonra ayıq sürücülərin nömrələrini əzbərlədilər. Ona görə, ictimai davranış qaydalarını pozanlar cərimələnməlidi. Onda ictimai qınaq da təsirli olacaq.

Bəlkə düşünək?"

Aktual.az

Xəbər 1358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR