Hüseyn Paşayev YAP-dakı vəzifəsindən çıxarıldı

Hüseyn Paşayev YAP-dakı vəzifəsindən çıxarıldı

YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev vəzifəsindən azad edilib.

"Qafqazinfo”nun məlumatına görə, H. Paşayev uzun müddətdir ki, hakim partiyanın mətbuat xidməti kimi fəaliyyət götərib. O, bu vəzifəsini icra edərkən həm də partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edirdi. Bu günlərdə təsdiq edilən MSK-nın yeni tərkibində növbəti dəfə H. Paşayevin namizədliyi təsdiq edilib. 

Qeyd edək ki,YAP-ın bu il keçirilən son qurultayından sonra isə nizamnaməyə bir sıra dəyişikliklər edilib. Yeni nizamnamənin tələblərinə əsasən, Mərkəzi Aparatın işçiləri əsas iş yeri üzrə Mərkəzi Aparatda çalışmalıdırlar. H. Paşayev MSK-nın üzvü seçildiyindən digər vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur. 
Xəbər 789 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR