Hizbullah İsrailə 30 raket zərbəsi ilə cavab verdi

Hizbullah İsrailə 30 raket zərbəsi ilə cavab verdi

Hizbullah İsrailin şimalına 30-dan çox raket zərbəsi endirib.
Aktual.az xəbər verir ki, bu barədə "Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, Hizbullahın Kiryat Şmona şəhərinə atdığı raketlər iki binaya düşüb. Binalardan birində yanğın başlayıb.
Raket zərbələri nəticəsində azı 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Qeyd edək ki, bu gün İsrail ordusu Livanın cənubuna hücum edib. Hücum nəticəsində biri komandir olmaqla, Hizbullahın 3 üzvü ölüb.
Xəbər 173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR