Hindistanlı nazir Azərbaycana gələcək

Hindistanlı nazir Azərbaycana gələcək

Hindistanın kommersiya və sənaye naziri Nirmala Sitaraman oktyabrın 26-da Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etmək üçün Bakıya gələcək.

Aktual.az  xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana APA-ya açıqlamasında bildirib.

Azərbaycan və Hindistan xarici işlər nazirlikləri arasındakı məsləhətləşmələrin son raundunun iyulun 28-də keçirildiyini deyən səfir bildirib ki, tərəflər ikitərəfli əməkdaşlığa dair bir çox məsələləri detallı müzakirə ediblər.

“Digər yüksək səviyyəli səfərlərlə bağlı təkliflər də nəzərdən keçirilir. Ümid edirik ki, bu səfərlərdən bəziləri baş tutacaq. Biz ikitərəfli əlaqələrimizin inkişafında qarşılıqlı səfərləri yüksək qiymətləndiririk”. 

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR