Hindistanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb

Hindistanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb
  • DÜNYA

Hindistanda ötən gün 97,5 min nəfər koronavirusa yoluxub və bu da indiyədək ölkədə qeydə alınan ən yüksək rəqəmdir.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat verilib. 
Bildirilib ki, ölkədə üç gündür yoluxmada rekord rəqəmlər qeydə alınır. Belə ki, sentyabrın 10-da 95,7 min, 11-də isə 96,5 min nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı.
Bütövlükdə 4,65 milyon nəfərin koronavirusa yoluxduğu Hindistan bu baxımdan hazırda ABŞ-dan sonra iknci yerdədir. Bunların 3,65 milyonu (77,77 faizi) sağalıb, 77,4 mini (1,66 faizi) də dünyasını dəyişib. Hazırda 958 mindən artıq yoluxan (20,56 faiz) xəstəxanalarda müalicə olunur.
Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR