Hindistanda inək nazirliyi yaradılacaq

Hindistanda inək nazirliyi yaradılacaq

Hindistanda inəklərin mühafizəsi üzrə xüsusi nazirlik yaratmaq qərarına gəliblər.

Ölkə.Az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, bu təşəbbüsü Dünya Hindi dini Şurası irəli sürüb və təklif ölkənin baş naziri Narendra Modiyə göndərilib. Parlament iyul ayında başlayacaq sessiyada məsələni müzakirəyə çıxaracaq.

"İnək həyat simvoludur, bizim mədəniyyətimizin özəyidir. Ölkəmizdə inəklərə kifayət qədər diqqət ayrılmır. Bu ideya inəkləri ölümdən qurtarmaq üçündür. Ölkədə inək südü və əti istehsalı artıb",- deyə şura üzvü bildirib.

Qeyd edək ki, keçən il Hindistanda inək əti yediyinə görə 1 müsəlman ölənə qədər döyülmüşdü. Bu insident iki dinin nümayəndələri arasında qarşıdurmalara səbəb olmuşdu. Ümumiyyətlə Hindistanda dini dözümsüzlük yüksək səviyyədədir.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR