Hindistan İran neftinin haqqını ABŞ dolları ilə ödəməyəcək

Hindistan İran neftinin haqqını ABŞ dolları ilə ödəməyəcək
  • DÜNYA

Hindistan noyabr ayının əvvəlində İranla imzaladıqları Anlaşma Memorandumunun şərtlərinə əsasən, bu ölkədən aldığı neftin haqqını rupi ilə ödəyəcək.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Business Standard” nəşri mənbələrə istinadən bildirib.
"Bu sənəd ABŞ tərəfindən noyabrın 5-dən İrana qarşı tətbiq olunan neft sanksiyalarından Hindistana və daha 7 ölkəyə müvəqqəti möhlət verilməsindən az sonra imzalanmışdı. Hindistanın neft emalı şirkətləri idxal etdikləri xam neft müqabilində Hindistanın ən iri banklarından olan "UCO Bank” vasitəsilə İran Milli Neft Şirkətinin (NİOC) hesabına vəsait köçürəcəklər. Həmin vəsaitin yarısı İrana ixrac olunan Hindistan məhsullarının haqqını ödəməyə sərf ediləcək”, –  yazıda qeyd olunur.
Xatırladaq ki, bu il noyabrın 5-dən ABŞ-ın İran neft ixracatına sanksiyaları qüvvəyə minib. Bundan az sonra ABŞ hökuməti bir neçə ölkəyə İran neftini idxal etmələri üçün müvəqqəti razılıq verib.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR