Hikmət Hacıyev: "Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün YUNESKO-ya müraciət etmişik"

Hikmət Hacıyev:

"Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir".

Aktual.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: "Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi".

H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: "Biz orada Azərbaycan mədəni isrsinin dağılmasının şahidi olmuşuq. Biz beynəlxalq təşkilatları azad edilən ərazilərə cəlb etmək istəyirik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".

Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR