Həyətlərə girən naməlum məxluqlar haqda İH-dən yekun - Açıqlama

Həyətlərə girən naməlum məxluqlar haqda İH-dən yekun   - Açıqlama

“Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu fikirləri  açıqlamasında Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov deyib. Onun sözlərinə görə, naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi ilə bağlı hər hansı bir fakt qeydə alınmayıb: “İnzibati orqanların birlikdə məşğul olduğu hadisəni araşdırıb rəsmiləşdirdik. Ortalıqda heç bir fakt yoxdur. Faktsız bir hadisə isə sadəcə uydurmadır. Gözəgörünməz məxluq yoxdur. Həmin kəndin sakinləri dindirilib, ortada nə oğurluq var, nə də dələduzluq. Üstəlik heç kimə də zərər yetirilməyib”.

Qeyd edək ki, bir həftədən yuxarıdır ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metr uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir. Bəzi iddialarda isə həyətlərə girən şəxsin qara paltarlı, uzun saqqallı biri olduğu bildirilir. 

Xəbər 726 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR