Heydər Əliyev Fondu Lahordakı kimsəsizlər evində tədbir keçirib

Heydər Əliyev Fondu Lahordakı kimsəsizlər evində tədbir keçirib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Lahor şəhərindəki “Edhi Homes” kimsəsizlər evində humanitar tədbir keçirilib.
Aktual.az-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, tədbirdə bu ölkənin gömrük və vergi naziri Muctaba Şuca-ur-Rəhman, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur, “Edhi Homes” kimsəsizlər evinin rəhbərliyi, burada məskunlaşan uşaqlar və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən səfir Daşqın Şikarov hazırda Azərbaycan ilə Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, bu baxımdan Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Diplomat Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edib. O, Mehriban Əliyevanın, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.

Pakistanın gömrük və vergi naziri Muctaba Şuca-ur-Rəhman tədbir iştirakçılarına ölkələrimiz arasında əlaqələrin tarixindən, Azərbaycanın Pakistan xalqına xüsusi sevgisindən bəhs edib. O, uşaqlara Azərbaycan ilə bağlı öyrənməyi və ölkəmizi sevməyi tövsiyə edib. Nazir bu cür tədbirlərin Pakistanın bütün əyalətlərində hər il keçirilməsinə və ən çətin günlərdə ölkəsinin yanında olmasına görə Azərbaycan xalqına, dövlətinə, Prezident İlham Əliyevə, Mehriban Əliyevaya öz xalqı adından dərin minnətdarlığını bildirib. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən belə humanitar və sosial tədbirlərin iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.

Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur çıxışında Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün bölgələrində həyata keçirilmiş humanitar tədbirlər haqqında məlumat verib, bu qəbildən olan silsilə tədbirlərin ölkəsi üçün əhəmiyyətini xüsusilə qeyd edib. O, həmçinin Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyini, Lakki Marvat bölgəsində, zəlzələdən zərər çəkmiş Bəlucistan əyalətində, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu heyvanın qurban kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığını vurğulayıb, bütün bunlara görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib.

Sonra səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rəhman kimsəsiz uşaqlara Heydər Əliyev Fondu adından təhsil ləvazimatları və müxtəlif hədiyyələr paylayıb.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR