Həyat yoldaşını baltalayan şəxsə ağır cəza verildi

Həyat yoldaşını baltalayan şəxsə ağır cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il mayın 22-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Ulduz Ələsgərova aldığı zərbələrdən ölüb.
M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək, istintaqa təslim olub.
Qətlə qısqanclıq zəminində baş verən münaqişə səbəb olub.
 

Aktual.az 

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR