Həsən Ruhani: “ABŞ bu il İrana 93 sanksiya tətbiq edib”

Həsən Ruhani: “ABŞ bu il İrana 93 sanksiya tətbiq edib”
  • DÜNYA

"ABŞ nüvə anlaşmasından çıxandan, yəni 2019-cu ilin mayın 8-dən İrana qarşı 93 sanksiya tətbiq edib”.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu dekabrın 19-da İran Prezidenti Həsən Ruhani bildirib.
O deyib ki, İran artıq 40 ildir ABŞ-ın sanksiyaları altındadır: "İndi isə amerikalılar İslam Respublikasını iflic etmək və dağıtmağa cəhd etmək məqsədi ilə ən ağır məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər”.
H.Ruhaninin sözlərinə görə, İran neftdən asılılığı aradan qaldırmaq üçün islahatlar aparır, parlamentə dövlət büdcəsi layihəsi təqdim olunub. 
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi sonuncu dəfə dekabrın 11-də İrana sanksiya tətbiq edib. 
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR