Hər iki böyrəyi imtina edən 31 adam sağaldı

Hər iki böyrəyi imtina edən 31 adam sağaldı

2015-ci il ərzində 1684 nəfər, cari ilin 6 ayı ərzində isə 283 nəfər gənc uroloji xəstəliklər üzrə müayinə olunub.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib.

Hərbi xidmətə çağırılan 17-18 yaşlı gənclər arasında uroloji şikayətləri olanların Respublika Klinik Uroloji Xəstəxanasına göndərildiyini deyən Ş.Nəsirovun sözlərinə görə, ötən il hərbi xidmətə çağırılan 1 xəstədə böyük çatışmazlığı aşkar olunub. O, dializə yönləndirilib.

Respublika Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə çıxışında bildirib ki, ötən il hər iki böyrəyi imtina edən xəstələrin sayı 32 nəfər olub. Onlardan yalnız 1-də xəstəlik xroniki hala keçib. Digərləri isə əvvəlcədən sağlam olduqları üçün 6-7 seans hemodializ aldıqdan sonra normal həyatlarına qayıdıblar.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR