Həmsədrlər Nikol Paşinyanla görüşüblər

Həmsədrlər Nikol Paşinyanla görüşüblər
  • DÜNYA

ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər.


"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb, cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, həmsədrlər Azərbaycana da gələcəklər. Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər.

 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR