"Hələbdən Türkiyəyə 600 min qaçqın gələ bilər"

  • DÜNYA

Suriyanın Hələb şəhərində hərbi əməliyyat davam edərsə, Türkiyəyə 600 min yeni suriyalı qaçqın üz tutacaq.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısının sözlərinə görə, BMT qaçqınlara yardım etmək əvəzinə, Türkiyəni onlara qarşı tədbir görməyə çağırır: "Türkiyə artıq 2,5 milyon qaçqını qəbul edib və onlara 10 milyard dollar xərcləyib. BMT-nin köməyi isə 455 milyon dollar təşkil edib".

R.T.Ərdoğanın fikrincə, BMT, həmçinin tədbirlər görməlidir ki, Suriyadakı etnik təmizləmələr dayandırılsın: "Hələbin bombardman edilməsi davam etdirildiyi halda, Türkiyəyə 600 min yeni qaçqın üz tutacaq. Biz səbrlə gözləyirik, amma səbrimiz tükənsə, hərəkətə keçəcəyik".

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR