Həkimlər köhnə əsginası qəbul etmədilər, yeni doğulmuş körpə öldü

Həkimlər köhnə əsginası qəbul etmədilər, yeni doğulmuş körpə öldü
  • DÜNYA

Hindistanda yeni doğulmuş körpə həkimlərin köhnə əsginası qəbul etməməsi səbəbindən ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Independent qəzeti yazır.

Nəşrin məlumatına əsasən, hadisə Mumbay yaxınlığında yerləşən qəsəbələrin birində baş verib. Uşağın müalicəsi üçün xəstanaya müraciət edən cütlüyə altı min rupi (151 manat) məbləğində depozit köçürmək təklif olunub.

Valideynlər bu məbləği ödəyəndə 500 rupilik əsginaslardan birinin köhnə nümunədən olduğu üçün xəstəxana administrasiyası pulu qəbul etməkdən imtina edib. Bu səbəbdən valideynlər digər xəstəxanaya müraciət etməyə məcbur olublar, lakin körpə yolda dünyasını dəyişib.

Hindistan hüquq-mühafizə orqanları faktla bağlı arşdırmaya başlayıblar.
 
Aktual.az
Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR