"Heç bir güzəşt olmayacaq" -Kamal Abdulla


“Bu gün bizim hər bir vətəndaşımızın bir nömrəli hədəfi azərbaycançılıqdır”.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

K. Abdulla Nardaranda baş verən hadisələrə toxunaraq bildirib ki, dövlət bu məsələlərdə müəyyən qədər güzəştə gedib: “Dövlət güzəştə gedib, ancaq dövlətin təməl prinsiplərini pozanlara heç bir güzəşt olmayacaq. Dövlət dindarları qorumaq istəyir. Dövlətin atdığı hər bir addım bizim mənafeyimizə xidmət edir”.

K. Abdulla qeyd edib ki, Nardaranda baş verən hadisələr hamını həyəcanlandırıb: “Baş verənlər məyus etdi. Nardaran camaatı ayıq camaatdır. Onlar Nardarana aid olmayanları fərqləndirə biləcəklər. Hesab edirəm ki, Nardaranda təmiz islam dini bundan sonra da yüksək mərtəbəyə qalxacaq”.

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR