Həbsdə intihar etmiş MTN polkovnikinin mülkləri müsadirə olunacaq

Həbsdə intihar etmiş MTN polkovnikinin mülkləri müsadirə olunacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin üzərində həbs olan mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə Bakı Hərbi Məhkəməsi MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin hökmünü elan edilən zaman qeyd edib.
Qeyd edək ki, İ.Əliyev MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyevin müvani olub.
Bakı Hərbi Məhkəməsinim hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev 8 il müdsətinə azadlıqdan məhrim edilib. Hər iki təqsirləndirilən şəxslərin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
İ.Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib.
Bundan sonra İ.Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokuorluqda davam etdirilir.
İ.Əliyevin intihar etməsi ilə bağlı bağlı başlanan cinayət işinə xitam verilib.
 
Aktual.az
Xəbər 184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR