"Hava pis olsa da axtarışlar davam edəcək" - SOCAR


“Dekabr 3-dən artıq biz hava şəraiti ilə bağlı bütün yerlərə məlumat vermişik. Küləyin sürəti artandan sonra orada heç bir iş görülmür”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov “Günəşli” yatağında baş verən qəza ilə bağlı bu gün keçirilən mətbuat konfrasında deyib.

O qeyd edib ki, hadisə baş verəndə bütün neftçilər platformanın yaşayış yerində olublar: “Çünki iş yerində olsaydılar, onlar partlayış olan ərazidə həlak olardılar”.

Hava şəraitinin yenidən pisləşməsinin axtarış işlərinə necə təsir edəcəyinə gəlincə, B.Ağarəhimov bildirib ki, biz maksimum qüvvə ilə ərazidə çalışırıq: “Həmçinin bu gün əraziyə axtarış üçün daha bir gəmi göndəriləcək. 20-25 metr surətdə külək olsa da, axtarış işləri helikopterlərlə davam etdiriləcək”.

“Azneft” rəsmisi vurğulayıb ki, platformada yanğın hələ də davam edir və qarşısının alınması üçün yeni tədbirlər planı hazırlanıb və onun üzərində iş aparılır.

“Sadəcə olaraq küləyin cənub-qərb istiqamətində olması işlərin aparılmasına maneçilik törədir”.

B.Ağarəhimov həmçinin qeyd edib ki, cəsədləri tapılan işçilərin əynində xilasetmə jiletləri olub.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR