Hava limanında əlavə dayanacaq yaradıldı

Hava limanında əlavə dayanacaq yaradıldı

"BakuBus"a məxsus Hava Limnı ekspress xəttin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub.

Bu barədə Aktual.az-a "BakuBus” MMC-dən məlumat verilib. Məlumatda bildirilir ki, artıq sərnişinlər həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttimizin xidmətlərindən istifadə edə bilər.
Qeyd edək ki, avtobuslarımız 6:00-dan 20:00-dək yarım saatlıq, 21:00-dan 6:00-dək isə bir saatlıq intervalla Heydər Əliyev Beynəlxalq Hav Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.
Bu yenilik oktyabrın 29-dan etibarən "Buta Airways” şirkəti uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədardır.
 
Aktual.az
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR