Hava limanında dollar və avro satışı üçün limit artırıldı

Hava limanında dollar və avro satışı üçün limit artırıldı

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında dollar satışı limiti artırılıb. 

Aktual.az  xəbər verir ki, bu barədə Fins.az-a hava limanında dollar satışını həyata keçirən “Bank Silk Vey”dən məlumat verilib.

Bankdan bildirilib ki, hava limanındakı filialda dolların satışı üçün limit 3 dəfə artırılaraq 100 dollardan 300 dollara çatdırılıb. Eyni məbləğ avro üçün də keçərlidir. 

Qeyd edək ki, valyuta yalnız xaricə uçanlara satılır - bankın hava limanındakı filiallarından yalnız xaricə uçuş bileti olanlar valyuta ala bilərlər. Daxili uçuşlarla hərəkət edənlərə valyuta satılmır. 

Hazırda “Bank Silk Vey”də, o cümlədən hava limanında da dolların alış qiyməti 1,6370 manat, satış üzrə qiyməti isə 1,7059 manatdır. Avronun alış məzənnəsi 1,8000 manat, satışı isə 1,9195 manat təşkil edir.

 

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR