Hansı ölkələrə vizasız səhayət edə bilərik? - Siyahı

Hansı ölkələrə vizasız səhayət edə bilərik? - Siyahı

İsti yay günlərində səyahətsevərləri düşündürən əsas məsələ hansı ölkədə daha sərfəli istirahət etməkdir

Səyahətçilərin bu istiqamətdə əsas problemi isə viza ilə bağlıdır.

Axar.az xəbər verir ki, Azərbaycan vətəndaşları bu ildən etibarən 62 ölkəyə vizasız səyahət edə bilərlər. Azərbaycan üçün vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr 3 qrupa bölünür.

Birinci qrupa daxil olan ölkələrə vətəndaşlıq pasportu ilə getmək və qeyd olunan müddətə qədər orada yaşamaq mümkündür.

İkinci qrup ölkələrə getmək üçün viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün də əvvəlcədən viza almaq lazım deyil.

Üçüncü qrup ölkələrə isə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar.

Belə ki, Azərbaycandan ancaq vətəndaşlıq pasportu ilə Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Ukrayna, İndoneziya, Vyetnam və Türkiyəyə vizasız getmək mümkündür.

Boliviya, Yamayka, Banqladeş, Kamboca, İran, İraq, İsrail, İordaniya, Küveyt, Laos, Livan, Myanmar, Nepal, Sinqapur, Suriya, Şərqi Timor, Burkina-Faso, Burundi, Kamerun, Konqo, Efiopiya, Qana, Qvineya, Liberiya, Madaqaskar, Mali, Mavrikia, Mozambik, Ruanda, Tanzaniya, Toqo, Uqanda və Zambiyaya getmək istəyən azərbaycanlılara viza elə sərhəddə verilir.

Albaniya, Almaniya, Argentina, Avstriya, Belçika, BƏƏ, Braziliya, Bosniya və Hersoqovina, Çexiya, Çin, Honq-Konq, Xorvatiya, Estoniya, Fransa, Finlandiya, İspaniya, Kolumbiya, Koreya və Kipr kimi ölkələrə isə diplomatik, xidməti və ya xüsusi pasportla vizasız getmək mümkündür.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR