Haker qruplaşması minlərlə şirkətin elektron ünvanına hücum edib

Haker qruplaşması minlərlə şirkətin elektron ünvanına hücum edib
  • DÜNYA

"Phantom Squad” haker qruplaşması minlərlə şirkətin elektron ünvanlarına hücum edib. 

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, şirkətlərə konkret tarixdə DDos göndərəcəkləri ilə bağlı təhdid dolu məktublar ünvanlanıb.
Hakerlər hücumdan imtina edilməsinin müqabilində onların hesablarına 720 dollar vəsaitin köçürülməsini tələb ediblər. 
Məktub müəllifləri iddia edirlər ki, kiberhücum sentyabrın 30-da həyata keçiriləcək və minlərlə şirkətin kompüter sistemlərinə yönələcək. Təhlükə ilə bağlı məlumatları kompüter təhlükəsizliyi üzrə mütəxəssis Derek Farmer tapıb.
Elektron məlumatda müəlliflərə 0,2 bitkoinin ödənilməsi tələbi ilə bağlı sadə bir mətn yerləşdirilib. Hazırda bu rəqəm təxminən 720 dollar təşkil edir. "Təzminat”ın ödənilməsindən imtina edildiyi halda, fırıldaqçılar sentyabrın 30-da saytı offlayna göndərəcəkləri ilə təhdid edirlər. 
Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, bu haker qrupu onların təhdid etdikləri qədər kütləvi DDos hücum həyata keçirmək gücünə malik deyil. Kriminalistika üzrə mütəxəssislər qeyd edirlər ki, bu fırıldaqçılar, sadəcə olaraq, iri biznesi qorxudurlar və heç də hücum etmək niyyətində deyillər.
 
Aktual.az
Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR