Hacıqabula "Holştenfres" cinsli boğaz düyələr gətirilib

Hacıqabula

Hacıqabul rayonuna lizinq yolu ilə Almaniyadan 96 baş boğaz düyə gətirilib.

Rayon baytarlıq idarəsinin rəisi Şahmurad Aslanov bildirib ki, cins boğaz düyələr gətirilməmişdən öncə onların saxlanıldığı ərazidə mexaniki təmizləmə işləri aparılıb, eyni zamanda kimyəvi dezinfeksiya üsullarından istifadə olunub.

Südlük istiqamətində gətirilmiş həmin bu cins düyələr dabaq xəstəliyinə qarşı da peyvənd edilib.

Birinci ilində 15-20 litr, 3-cü ilində isə 35-40 litr süd verən "Holştenfres" düyələr qan parazital xəstəliyinə tez yoluxduğundan, baytar həkimlər tez-tez təsərrüfata baş çəkir, heyvanlarda termometrial işlər aparırlar.

Oktyabrın axırlarında isə boğaz düyələrdə Nodulyar Dermatet virusuna qarşı profilaktik tədbirlər aparılacaq.

Onu da qeyd edək ki, rayonda 40 min başa yaxın iribuynuzlu, 135 min başdan artıq xırdabuynuzlu heyvan var ki, onların da arasında hələlik hər hansı bir yoluxucu xəstəlik qeydə alınmayıb.\report

Aktual.az

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR