Habil Əliyev evə buraxıldı

Habil Əliyev evə buraxıldı

Azərbaycanın xalq artisti Habil Əliyev xəstəxanadan evə buraxılıb.

Aktual.az xəbər verir ki, bu barədə APA-ya məlumatı sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyevə verib. Onun sözlərinə görə, xəstəxanadan evə buraxılmasını Habil Əliyev özü istəyib: “Xəstəxanada qalmaq istmədi. Biz də, həkimlər də onun xahişinin əksinə getmədik. İndi özünü yaxşı hiss edir. Doğmaları, ailə üzvləri, həkim personalı başının üstündədir”.


Ş. Əliyevə əlavə edib ki, H. Əliyev ev şəraitində müalicə alacaq: “Xəstəxanada hansı müalicəni alırdısa, evdə də o qaydada davam edəcək. Evdə bütün şəraiti yaratmışıq, narahatlıq yoxdur”.

 
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR