“Haber Global”: “Ermənistan Ukraynada istifadə üçün Rusiyaya döyüş təyyarəsi göndərir” (VİDEO)

“Haber Global”: “Ermənistan Ukraynada istifadə üçün Rusiyaya döyüş təyyarəsi göndərir” (VİDEO)

İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir. O, döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını Rusiya ordusuna təslim edib.

"Haber Global”ın əldə etdiyi məxfi məlumata görə, 4 SU-30 tipli döyüş təyyarəsi martın 25-dən Ermənistan aeroportundan havaya qalxaraq, "Ukraynada istifadə üçün” Rusiyaya gedib.

Bundan əlavə, Rusiya istehsalı olan döyüş təyinatlı təyyarələr xüsusi təlim almış erməni pilotlar tərəfindən idarə edilir.

Ermənistan bu hərəkəti ilə Ukraynada işğala ortaq, müharibəyə tərəfdaş olub. O, bir daha bölgədə sülh yerinə müharibəyə xidmət edir...

Ermənistan F-14 və F-15 qırıcılarına rəqib kimi istehsal edilən SU-30 döyüş təyinatlı təyyarələrindən 4 ədəd alıb.

Təkmilləşmiş çox məqsədli təyyarələr 2020-ci ilin may ayında təhvil verilib.

Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizədə, 2-ci Qarabağ Müharibəsində Ermənistan ordusu Rusiya qırıcılarından istifadə edə bilmədi. Çünki, raket sifarişində gecikmişdi. Yəni, Ermənistan ən kritik silah alışını belə tam həyata keçirməyi bacarmadı.

Azərbaycan Qarabağda müvəffəqiyyətli qələbə qazandığı zaman, istifadə edilə bilməyən Rusiya təyyarələri reaksiyaya səbəb oldu... Ermənistan baş naziri Nikol Paşinyan bu qalmaqalı etiraf edərək günahı əvvəlki rəhbərliyin boynuna qoydu. Məhz bu mübahisə mövzusu olan təyyarələr indi yenidən Ermənistanın çirkli əməllərinə alət oldu- erməni pilotlarla birlikdə Rusiyanın istifadəsinə təqdim edildi.

İrəvana digər ölkələrdən gələcək reaksiya diqqət çəkən mövzuya çevrilib. Rusiya Ukraynanı işğal etdiyi üçün indiyə qədər görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna sursat göndərildiyi təqdirdə "nəticələri ilə razılaşacaqları” barədə xəbərdarlıq olunub.

Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı maraq doğurur.

Ukraynada həm canlı, həm də texniki qüvvədə ağır itki verən Rusiya eyni zamanda hərbi qüvvəsini gücləndirməyə tələsir.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıların bir qismi Ukraynaya aparılıb. Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkilib. Oradan da hərbi daşıyıcı təyyarə ilə Rusiyaya gedib...

Ermənistan eyni zamanda, suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də öndə gedir.

Muzdlu döyüşçülər Ermənistandakı Erebuni hava bazasında toplaşaraq oradan Rusiya Federasiyasının Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə yola düşür. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir.

İlk olaraq "Haber Global”ın yaydığı bu həqiqətlərin ortaya çıxmasından 2 həftə sonra Rusiya Ukraynaya Orta Şərqdən hərbçi yollayacağını rəsmən bəyan etdi.  Bu daşınma davam edir.

Martın 25-də 2 ədəd İL-76 tipli hərbi daşınma təyyarəsi də Suriyadan havaya qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya yola düşüb.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR