""Göy Məscid"in guya İrana icarəyə verilməsi təbliğat xarakterlidir" -Komitə sədri


"İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur".


Aktual.az-ın "Report"a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, həmin məscidlər Azərbaycanın tarixi abidələridir: "Göy Məscid" Ermənistandakı rejim tərəfindən təbliğat vasitəsi kimi saxlanılır. O məscidin guya İrana icarəyə verilməsi təbliğat xarakterlidir. Əslində, həmin məsciddə ibadət edən yoxdur. Məscidə rəhbərlik edən ermənidir, onun müsəlman olub-olmaması da bəlli deyil.
Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, həm Ermənistan, həm də işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı".

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR