Güzəştli kreditin həcmi 40 faiz azalıb

Güzəştli kreditin həcmi 40 faiz azalıb

Kənd təsərrüfatı məhsulu istehsalçılarına verilən güzəştli kreditin həcmi 40 faiz azalıb. 

Aktual.az Modern.az-a istinadənxəbər verir ki, bunu virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

V.Məhərrəmovun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən güzəştli kredit vəsaitlərinin həcmi kəskin şəkildə azalıb: “Ötən ilin yanvar-sentyabr aylarında fond tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş kredit vəsaitlərinin həcmi 135,8 milyon manat olub. Bu ilin 9 ayı ərzində isə fermerlərə, sahibkarlara verilən kredit vəsaitləri 24 faiz azalaraq 108,3 milyon manat təşkil edib”.

Ekspert deyir ki, kənd təsərrüfatı məhsulu istehsalı üçün 9 ayı ərzində ayrılan güzəştli kreditlərin həcmi dollarla ifadədə keçən ilin eyni dövrü ilə müqayisədə 70 milyon dollar azalıb. Belə ki, keçən il bu sahəyə 173 milyon dollar ekvivalentində kredit vəsaiti verildiyi halda bu ilin müvafiq dövründə bu göstərici 40 faiz azalaraq 103,1 milyon dollar olub.

Xatırladaq ki, bu il “Kənd təsərrüfatı ili” elan edilib.

Aktual.az

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR