Gürcüstanın sabiq xarici işlər naziri mer olmaq istəyir

Gürcüstanın sabiq xarici işlər naziri mer olmaq istəyir
  • DÜNYA

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat” partiyası sabiq xarici işlər naziri Qriqol Vaşadzenin Kutaisi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, partiya Q. Vaşadze ilə bir ay ərzində məsləhətləşmələr aparıb. 
Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.
Qriqol Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. 
 
Aktual.az 
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR