Gürcüstanın Baş Qərargah rəisi: - "Biz obyektiv olmağa çalışırıq”

Gürcüstanın Baş Qərargah rəisi:   -

“Mümkün olacağı halda Gürcüstan Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolunu oynamalıdır”.


APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Gürcüstan münaqişə tərəfləri ilə yaxşı münasibətləri olan ölkələrdən biridir.

“Təəssüf ki, bir sıra səbəblərə görə, bu problemin sülh yolu ilə həlli mümkün olmayıb. Bu, bütün region üçün ağrılı prosesdir. Buna görə də biz hadisələri diqqətlə izləyirik. Azərbaycan və Ermənistandakı həmkarlarımızla sıx münasibətlərimiz mövcuddur, tam informasiya əldə edirik”, - deyə V. Kapanadze bildirib.

V. Kapanadze deyib ki, münaqişə tərəfləri Gürcüstana hər hansı müraciət etməyiblər. Bununla yanaşı o qeyd edib ki, hər iki tərəf proseslərin gedişatı haqqında rəsmi Tiflisi maksimum məlumatlandırmağa çalışır: “Əlbəttə ki, hər tərəfin öz baxış bucağı var. Biz də qiymətləndirməmizdə obyektiv olmağa çalışırıq”.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR