Gürcüstanın azərbaycanlı sabiq meri parlament seçkilərinə qatılacaq

Gürcüstanın azərbaycanlı sabiq meri parlament seçkilərinə qatılacaq

Gürcüstanın Marneuli rayonunun keçmiş meri Temur Abazovun oktyabrın 31-də keçiriləcək parlament seçkilərində iştirakı gözlənilir.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o özü yerli mətbuata açıqlamasında bildirib.
O, hakim Gürcü Arzusu Partiyasının proporsional siyahısında yer alacağını deyib: "Partiyadan bununla bağlı təklif irəli sürüldü və mən də imtina etmədim”.
T.Abazov siyahıda neçənci yerdə olacağı barədə qərarın hələ qəbul edilmədiyini vurğulayıb.
Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin meri seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Ötən ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. Bu ilin fevralında isə o, bəraət alıb. 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR