Gürcüstanda yeni siyasi hərəkat yaradılır

Gürcüstanda yeni siyasi hərəkat yaradılır

Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadze yeni siyasi hərəkat yaradır.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü jurnalistlərə bildirib.
O deyib ki, hərəkat "Tribuna” adlandırılacaq.
Yeni siyasi təşkilatın təqdimat mərasimi iyunun 22-nə təyin olunub.
"Tribuna” siyasi hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
Qeyd edək ki, D.Çiçinadze bu ilin fevralında üzv olduğu "Vətənpərvərlər Alyansı” fraksiyasından istefa verib. 
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR