Gürcüstanda torpaq sürüşmələri fəsadlar törədib

Gürcüstanda torpaq sürüşmələri fəsadlar törədib
  • DÜNYA

Gürcüstanın Acarıstan Respublikasının dağlıq ərazilərində leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri Xelvaçauri rayonunun 7 kəndinə ziyan vurub.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, Aqara, Korolistavi, Zeda Coço, Sameba, Zanakidzebi, Çarnali, Sarpi yaşayış məntəqələrində yollar dağılıb, elektrik xətləri və su kəmərləri sıradan çıxıb. 
Yerli qurumların məlumatına görə, Sameba kəndində evləri yararsız hala düşən bəzi ailələr təxliyyə oluna bilər. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün rayon bələdiyyəsində fövqəladə qərargah yaradılıb.
 
Aktual.az
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR