Gürcüstanda QİÇS-ə yoluxanların sayı artıb

Gürcüstanda QİÇS-ə yoluxanların sayı artıb

Gürcüstanda QİÇS-ə yoluxanların sayında artım qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.
Fevralın 5-nə olan məlumata əsasən, qonşu ölkədə bu xəstəliyə yoluxma ilə bağlı 102 yeni hal təsdiqlənib ki, bu da illik müqayisədə 15 hal çoxdur.
Hazırda Gürcüstanda QİÇS-ə yoluxanların ümumi sayı 8 204 nəfər təşkil edir. Onlardan 6 125-i kişi, 2 079-u isə qadındır.
Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir. Xəstəlik 4 271 nəfərdə inkişaf edib, 1 660 nəfər isə ölüb.
Qonşu ölkədə QİÇS daşıyıcısı olan 116 uşaq var. Onların 70-i oğlan, 46-sı qızdır. Uşaqların 27-si bu xəstəlikdən ölüb, 3-ü isə ölkəni tərk edib. 
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR