Gürcüstanda qida məhsulları bahalaşıb

Gürcüstanda qida məhsulları bahalaşıb

Ötən ay Gürcüstanda 1% inflyasiya qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik inflyasiya isə 4,3% təşkil edib.
İyun ayında qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,9%, tərəvəzlərin qiyməti 27,9%, meyvə və üzümün qiyməti isə 5,8% ucuzlaşıb.
Qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 1,3%, süd, pendir və yumurtanın qiyməti isə 0,7% bahalaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 6,5%, alkoqollu içkilər və tütünün qiyməti 20,1%, nəqliyyat xərcləri 3,2%, səhiyyə xərcləri isə 2,9% artıb.
 
Aktual.az
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR