Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-də keçirilə bilər

Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-də keçirilə bilər
  • DÜNYA

Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabr ayının 2-də keçirilə bilər.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə məlumatı "InterPressNews” xəbər agentliyi Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) əldə edib.
Məlumata əsasən, MSK-da seçkilərin ikinci turunun 2 dekabr tarixinə təyin olunması məsələsi müzakirə olunur.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və "Güc birlikdədir” siyasi birliyinin namizədi Qriqol Vaşadze arasında aparılacaq.
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR