Gürcüstanda parlament seçkilərinin tarixi rəsmən elan olundu

Gürcüstanda parlament seçkilərinin tarixi rəsmən elan olundu
  • DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

"Report”un yerli bürosu xəbər verir ki, seçkilər ölkə konstitusiyasına uyğun olaraq, oktyabrın 31-nə təyin edilib.

Dövlət başçısı ictimaiyyətə müraciət edərək seçkiöncəsi təşviqat kampaniyasının dinc mühitdə keçirilməsinə çağırıb: "Seçkilərə hazırlıq sakit şəraitdə keçməlidir. Bu seçkilərin bizim üçün böyük əhəmiyyəti var. Biz ölkəmizin demokratikliyini sübut edəcəyik”.

Qeyd edək ki, qonşu ölkədə parlamentə builki seçkilər yeni sistem üzrə keçiriləcək. Seçicilər 30 deputatı majoritar, 120-ni isə proporsional sistem üzrə seçəcəklər. 
Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR